Türk Paxlavası (Turkish Bakhlava)
Fıstıqlı, qozlu, fındıqlı, südlü və bir çox növdə olan türk paxlavası..Türklərin ən məşhur şirniyyatı olan paxlavanın reseptinə keçmədən öncə tarixi haqqında qısa məlumat vermək istəyirəm.
Türk Paxlavasını Orta Şərq, Şərq Aralıq dənizi, Balkanlar və Qafqazın bütün millətləri Türklər, Ərəblər, Musəvilər, Yunanlılar, Bolqarlar, Azərbaycanlılar öz ənənəvi şirniləri olaraq təqdim edirlər. Paxlavanın mənşəyi istər Yunanıstanda, istər Romada, istər Türklərin və ya Ərəblərin köçərilik dövrü ənənələrində olsun, günümüzdəki klassik paxlava dedikdə Osmanlının dəbdəbəli və incə paxlavaları xatırlanır.
Paxlavanın bir çox növü olur. Fıstıqlı, qozlu, fındıqlı, südlü və s. 8, 20, hətta 40 qatlı olur. Osmanlı dövründə savaş qələbələrini xalqa bildirmək üçün paxlava paylanılırdı. Paxlavanın Türkiyədə "vətəni" Gaziantep şəhəridir. Bu şəhərdə hər addımbaşı paxlavaçı yerləşir. Yeni Paxlava növünün yaranması haqqında Türkiyənin 80-ci illərində maraqlı bir hekayə olub. Bu hekayə haqqında yazmaq istədim.
Türkiyədə 1980-ci illərdə fövqəlada vəziyyət elan olunduqda, ölkədə iqtisadi böhran baş verər. O dövrlərdə türk məmurlardan biri paxlavanın qiymətindən şikayətlənər. Vəziyyət Bələdiyyə başçılarına qədər gedib çatar. Qərar çıxarılar ki, paxlavanın qiyməti düşsün. Amma vəziyyət daha da qəlizləşər. Çünki paxlavanın hazırlanmasında istifadə olunan xərclər, paxlavanın satış qiymətindən 2 qat çox olar. Ona görə, bir çox paxlavaçı mağazaları müflis edərək bağlanar. Paxlavaçılar yığışaraq buna çarə axtarmağa çalışarlar.
Paxlavaçı Nejat Güllü tərəfindən yeni bir paxlava resepti təqdim olunar. "Südlü Nuriyyə" :) Belə ki, paxlavanın içinə fıstıq əvəzinə fındıq, ağırlıq versin deyə də süd qoyular. Ucuz və ləzzətli olan bu şirniyyat dövlət daxil hamı tərəfindən bəyənilər. Gündə 10-15 kg satılar :)
Keçək reseptə :)
Xəmir üçün:
3 yumurta
1 stəkan süd (250 ml)
1 stəkan qazlı su (250 ml)
1 çay qaşığı sirkə (üzüm, alma fərqi yoxdur)
3 yemək qaşığı qarğıdalı nişastası
1 paket qabartma tozu (10 qr)
Duz
Aldığı qədər un (məndə 6 stəkan oldu)
İçlik:
200 qr fıstıq
200 qr qoz
400 qr kərə yağı
Şərbət:
4 stəkan şəkər (təxmini 1 kg)
4 stəkan su ( təxmini 800 ml)
1 dilim limon
Xəmiri açmaq üçün: Qarğıdalı Nişastası
Hazırlamaq da asandır deyə bilməyəcəm. Çünki Xəmiri açarkən adətən bir kağız kimi nazik olmalıdır. Qolunuza qüvvət başladıq :)
İlk öncə şərbət hazırlanır.Su və şəkər qatıalaşana qədər ocaqda bişirilir. Qatılaşan kimi limon dilimi atılır və ocaqdan alınır. Soyumağa buraxılır. Daha sonra qoz, fıstıq toz halına gətirilir. Kərə yağı əridilir. Xəmir üçün süd, su, sirkə yaxşıca qarışdırılır. Daha sonra yumurtalar bir-bir əlavə olunur. Duz, qabartma tozu, nişasta da əlavə olunduqdan sonra un da qatılaraq bərk bir xəmir əldə olunur. Yarım saat-1 saat hətta tələsmirsinizsə 1 gün belə dinləndirə bilərsiz. Xəmir 8 böyük kündəyə bölünür və bu kündələrin hərəsi 20-25 qr olmaqla 5 kündəyə ayrılır. Toplam olaraq 40 kiçik kündə olur. 20 qat xəmir açılır. Nazik və qüsursuz. Xəmirlər qoyulduqca, arası yağlanır. 20 qat olduqda fıstıq,qoz qarışımı arasına qoyulur. Daha sonra 20 qat da xəmir eyni cür qoyulur. Sonda kərə yağı xəmirə əlavə olunur. 180 dərəcədə 30-40 dəqiqə sobada bişirilir. Sobadan alındıqdan sonra əsas pik nöqtəsi şərbəti isti paxlavaların üzərlərinə tökməkdir. Paxlavalar şərbəti çəkdikdən sonra servis edə bilərsiz. Nuş olsun!
Yorumlar
Yorum Gönder
zgulare@gmail.com