Kartoflu börek



Türklərdə böreyin  geniş yayılan növü burma şəkildə olanıdır. Mən də onun kartoflusunu etdim . Çox ləzzətli, həmçinin asan bir reseptdir. Əgər daha başqa alternitiflər istəyirsinizsə, ətli, toyuqlu və ya pendirli də edə bilərsiz.

Bizə nələr lazımdır?




Xəmir üçün:
1 st.su (250 ml)
150 qr.kərə yağı
1 yumurta
2 çay qaşığı quru maya 
3 st.un (600 qr)
1 ç.qş. duz



İçlik üçün:
3 qaynadılmış kartof
1 soğan
yarım dəstə cəfəri
pul bibər,duz,sarımsaq tozu




İç sousu üçün:
100 qr. əridilmiş kərə yağı
 1 yumurta
2 y. qş. qatıq

Üstü:
çörəkotu,susam





İlk öncə maya qabarmağa qoyulur. Daha sonra xəmir yoğrulur, 2-3 saat mayalanmağa qoyulur.

Bu arada biz içliyi hazırlayaq. Kartoflar qaynadılır. Püre halına gətirilir, soğan və cəfəri də əlavə olunur. Ədviyyatları da qoyduqdan sonra, içlik yaxşıca qarışdırılır.

Sous üçün əridilmiş yağ, yumurta və qatıq qarışdırılır.



Xəmir kündələrə ayrılır. Hər kündə nazik-nazik açılır. 





Açılan hər xəmirə öncə sous,daha sonra içlik qoyulur. Və burmalanaraq, sarılır. 


Hər burmanı iç-içə (şəkildəki kimi) qoyuruq və üzərinə də sousu töküb, çörəkotu və ya susamı əlavə edirik. 180 dərəcədə 45 dəqiqə bişiririk.



 Nuş olsun :)






Yorumlar

Popüler Yayınlar