Almalı Cupcake'lər (Cupcake with apple)


Həm peçenye, həm cupcake dadında bir şirniyyat. Almalı cupcakelər. Alma olduqda, darçını unutmaq olmaz təbii ki :) Reseptimizə nəzər yetirək.
Xəmir üçün bir o qədər az, həm də rahat evdə tapa biləcəyiniz ərzaqlar lazımdır:

200 qr kərə yağı
3 yemək qaşığı qatıq
yarım stəkan şəkər
yarım stəkan un
İçlik üçün isə:

3 alma
yarım stəkan şəkər
1 çay qaşığı darçın
1 çay qaşığı hind qozu(muskat)- istəyə görə :)
yarım limon suyu 
 İlk öncə içliyi hazırlayırıq. Təbii evinizdə alma cemi varsa onu da içlik olaraq istifadə edə bilərsiniz. İçlik üçün almalar soyulur( əsasən yaşıl alma olmalıdır) Dördkünc şəkildə doğranılır. Şəkər, darçın, muskat, limon suyu əlavə edilərək ocaqda 10-13 dəqiqə bişirilir. Qatı olan kimi ocaqdan götürülüb, soyumağa buraxılır.



 Xəmiri hazırlamaq üçün yağdan başlayırıq. Yağ otaq tempraturunda olmalıdır. Daha sonra şəkər, qatıq da əlavə olunur.Xəmirin hazırlanma nöqtəsi un azar-azar ələnir. Yumşaq, ələ yapışmayan xəmir əldə olunur.



Cupcake qabları yağlanır və unlanır. Xəmir açılır. İçindən dairələr kəsilir. Cupcake qablarına yerləşdirilir. Alma cemimizi əlavə edirik və üstünü də istənilən formada bağlayırıq.
əvvəlcədən isidilmiş sobada 180 dərəcədə 20-25 dəqiqə bişirilir.
Nuş olsun! :)

Yorumlar

Popüler Yayınlar