Dilbərdodağı şirniyyatı
Dilbərdodağı şirniyyatı türklərə məxsus şirniyyat növüdür. Şərbətli, qozlu xəmirdir. Dodağa oxşadığına görə adını "dilbərdodağı" qoyublar. Keçək reseptə..
Xəmir:
1 stəkan un
1 stəkan bitki yağı
1 yumurta
200 ml xama
duz
1 çay qaşığı sirkə (üzüm alma fərqi yoxdur)
İçlik:
200 qr qoz
Şərbət:
1 stəkan şəkər
1 stəkan su
1 dilim limon
Xəmiri açmaq üçün:
Nişasta
Üstü: 100 qr kərə yağı
Hazırlamaq:
Ərzaqlar qarışdırılır. Ələ yapışmayan bir xəmir əldə olunur. Xəmiri 2 hissəyə bölürük. Hər kündəni də 11 hissəyə ayırırıq. 2 11 qatlı olacaq. 11 qatı üst-üstə düzürük. Yayırıq. Dairəvi qəliblə xəmiri oyuruq.
İçinə qoz qoyub, yavaşca bükürük. Listə düzüb, üstünü yağlayırıq. Əvvəlcədən isidilmiş sobada 190 dərəcədə üstü qızarana qədər bişiririk.
Şərbət üçün şəkəri və suyu qaynadırıq. Qatılaşan kimi limon da əlavə edib, ocaqdan alırıq.
Şirniyyatlar soyuduqdan sonra, şərbətə qoyub 1 saat şirəni çəkməsini gözləyirik.
Fıstıqla, qozla servis edə bilərsiniz. Nuş olsun!
Yorumlar
Yorum Gönder
zgulare@gmail.com