Ev üsulu dondurma
Evdə dondurma hazırlamaq artıq çox asandır. Sınanmış reseptlə, sadəcə üç ərzaqla evdə dondurmanız hazırdır. Keçək reseptə :-)
200 ml qaymaq
250 ml qatılaşdırılmış süd
İstənilən meyvə (mən çiyələk və banan seçdim)
Qaymaq 10 dəqiqə çalınır. Qatılaşan kimi qatılaşdırılmış süd əlavə olunur. Bu qarışım 5-6 dəqiqə qarışdırılır. Çiyələk və banan ayrı-ayrılıqda (biryerdə də edə bilərsiz) blenderlə əzilir, püre halına gətirilir. Qaymaq qarışımına əlavə olunur. Biraz qarışdırıldıqdan sonra, qablara əlavə olunur. Soyuducuda 5-6 saat dondurulur.
P.s Dondurmanı edərkən, qarışdıracağımız qabı, mikserin qarışdırma çubuqlarını 1 saat dondurun :)
Yorumlar
Yorum Gönder
zgulare@gmail.com