"Kirpi" Şirniyyatı


"Kirpi" şirniyyatı ruslara məxsus bir desertdir. Ruslar bu şirniyyatı "yojik" "anjelika" "belochka" adlandırırlar. Bu şirniyyata "mini tort " da deyilir. Keçək reseptə:

Xəmir üçün:
4 yumurta
1 stəkan şəkər(250 qr)
150 qr yağ
2,5 stəkan un(təxmini 400 qr)
1 stəkan qatıq (250 ml)
vanil(10 qr)
qabartma tozu (10 qr)



Krem üçün:
120 qr yağ
250 ml qatılaşdırılmış süd
1 paket vanil (10 qr)


Xəmiri  hazırlayarkən bütün ərzaqların otaq tempraturunda olmasına diqqət yetirin. İlk öncə kərə yağı və şəkəri yaxşıca qarışdırırıq. Daha sonra yumurtaları bir-bir xəmirə əlavə edirik. Qatıq da əlavə olunduqdan sonra, un,vanil, qabartma tozunu ələyirik. Xəmir hazırdır.


Xəmirimiz belə qıvamda olmalıdır.




180 dərəcədə 15 dəqiqə bişirilir.

Xəmir bişərkən biz kremi hazırlayaq :)


Bunun üçün yumşalmış kərə yağını, qatılaşdırılmış südü və vanili 10-15 dəqiqə mikserlə yaxçıca çalırıq.



Xəmir bişənə qədər krem soyuducuda saxlanılır.


Biskvit hazırdır. 10-15 dəqiqə soyumasını gözləyirik.



Biskvit soyuduqdan sonra, onu dairəvi qəliblə və ya dairəvi stəkanla kəsirik. (Şəkildəki kimi)

 Hərşeyimiz hazırdır. Krem və biskvit. İndi isə keçək hazırlamaq prosesinə...


Dairəvi biskvit hazır qoyulur. Şirniyyatımız 3 qatlı olacaq. 1ci qat kremlənir. 2ci qat qoyulur və o da kremlənir. 3cü qat qoyulduqda isə bütov şirni kremlənir.



Şirnilər qismən hazırdır..


Qaldı bitirməyimiz. Bunun üçün biskvitdən qalan hissələri blendərlə toz halına gətiririk.



Və şirniyyatımız üzərinə yapışdırırıq.


Şirniyyatlarımız hazırdır :) Soyuducuda 1-2 saat özünü tutması üçün saxlayamalısız.
Nuş olsun! :)


 P/S Bu şirniyyatın şokoladlısını etmək istəyirsinizsə, xəmirə 1 yemək qaşığı kakao əlavə etməyiniz kifayətdir :)

Yorumlar

Popüler Yayınlar