Paris brest ya da profiterol :)


Paris brest edərkən profiterol etdim. Amma fərqli bir profiterol :)
Meyvəli, kremli profiterola oxşar Paris brest.. Keçək reseptə :)


1 stəkan su
200 gr un
150 gr kərə yağı
4 yumurta
10 gr vanil


Suyu və kərə yağını qaynadırıq. Yağ əriyən kimi digər ərzaqları da əlavə edirik.


Eynilə profiterol xəmiri alınır. Xəmir soyuduqdan sonra, yumurtaları bir-bir əlavə edib, çırpırıq.



Xəmir hazırdır :)


Xəmiri krem qabında formalı bir şəkildə listə düzürük. Mən həm elə, həm klasik profiterol xəmiri kimi etdim.




Xəmirlər öncə 200 dərəcədə 8 dəqiqə bişirin, daha sonra 180 dərəcədə 10 dəqiqə də bişirilir.

Bundan sonrası asandır. Krem adi krem şanti də ola bilər, hazır zavod kremi də. Meyvə də çiyələk, banan məsləhət görərdim. Üstünə də şokolad :)




Nuş olsun :)

Yorumlar

Popüler Yayınlar