Şokoladlı Topkek'lər
Marketlərdən aldığınız mini kekslərin ev variantı. Çox asan həm də ləzzətli :)
Bizə lazım olan çoxlu damla şokolad olacaq .O da Bakıda çox az yerlərdə tapılır. Məsələn, mən şirniyyat ləvazimatlarından alıram, çünki marketdə çox az həm də keyfiyyətsiz olur. Keçək reseptə :)
245 gr un (1 stəkan)
100 gr şəkər kirşanı
50 gr əsmər şəkər
25 gr kakao
10 gr qabartma tozu
1/2 çay qaşığı duz
130 gr damla şokolad
2 yumurta
180 ml zeytunyağı
240 ml süd
10 gr vanil
Üstü üçün: Damla şokolad
Muffin qablarınızı yağlayın. Qabda quru ərzaqları (un, kakao,vanil,qabartma tozu,şəkərlər,duz, şokolad) qarışdırın. Başqa bir qabda yumurta, süd, zeytunyağını qarışdırın. 2sini də birləşdirib, təmiz krem qıvamında olana kimi qarışdırın.
Muffin qabına töküb (qab mütləq şəkildəki kimi mini olmalıdır) üzərinədə damla şokoladları qoyun. 180 dərəcədə 15-20 dəqiqə bişirin.
Nuş olsum!
Yorumlar
Yorum Gönder
zgulare@gmail.com