Türklərin "Haydari"si



"Haydari" türklərə məxsus qəlyanaltı növüdür. Yüngül, asan hazırlanan və türklərin məşhur "rakı" süfrəsinə bəzək olan məzədir. "Haydari"nin adı farslardan əsasən Səfəvilər dövründən gəlir. Şah İsmayıl Xətainin babası Heydər'in adı ilə bağlıdır.  Dərvişlərin, türklərin deyimi ilə "kalender"lərin süfrəsində olur. Keçək reseptə :)


6 yemək qaşığı süzmə
1 dəstə şüyüd
2 dilim ağ pendir
2 diş sarımsaq
1 yemək qaşığı kərə yağı
2 çay qaşığı quru nanə
duz, istiot



Nanə və kərə yağı qovrulur. Süzmə, pendir və sarımsaq qarışdırılır. Şüyüd doğranılır, qarışıma əlavə olunur.  Nanə qovurması da, duz və istiot da qoyulur. Haydari hazırdır.

Nuş olsun! 


Yorumlar

Popüler Yayınlar