Ballı Tort


Rus mətbəxinin ən məşhur deserti. Ballı tort.. Asan və rahat edilən bir resept hazırladıq.


Xəmir üçün:
85 ml bal (1/3 stəkan)
150 qr şəkər (1/2 stəkan)
2 yemək qaşığı kərə yağı
3 yumurta
1 çay qaşığı soda
375 qr un  (1 yarım stəkan)


Bal, şəkər, yağ ocaqda bişirilir. Təxmini 7-8 dəqiqə.


Ocaqdan alınıb, soyumağa buraxılır.



Sonra yumurtaları və quru ərzaqları da əlavə edərək, xəmir yoğrulur.


Xəmir dinlənərkən, krem hazırlanır.



Krem üçün 1 banka (300 ml) qatılaşdırılmış süd ilə 250 qr kərə yağını 10-15 dəqiqə çırpırıq.


Krem soyuducuya qoyulur. Bu arada tortun korjları hazırlanır.

 8 hissəyə bölünür. Və dairəvə şəkildə açılır.

 180 dərəcədə 7-8 dəqiqə sobada bişirilir.

 Korjlar hazır olduqdan sonra, tortu hazırlamağa başlayırıq.




Korjların aralarına krem çəkilir. Və sonda bütün tort kremlənir.


 Korjun qıraqlarından qalanları üyüdüb, üzərinə və qıraqlarına yayırıq.

Tort 5-6 saat soyuducuda dinləndirilir.



Nuş olsun ! 

Yorumlar

Popüler Yayınlar