Çiyələkli limonad


İsti yay günlərində sərinləmək üçün evdə sərin içkilər hazırlaya bilərsiz. İlk növbədə limonat etməyi yoxladıq. Çiyələkli və şəffaf :)


2 soyuq limon
1 sap nanə
2 stəkan su



Çiyələkli sirop üçün:
250 qr çiyələk
3 yemək qaşığı şəkər
1 stəkan su


Sirop üçün çiyələk, su, şəkər qaynadılır. 10-12 dəqiqə sonra ocaqdan alınır, süzülür və soyumağa buzxanaya qoyulur. 



Limonad üçün limonlar dilim-dilim doğranılır. Bir uzun qrafinə yığılır, su və nanə də əlavə olunur. Əzilir , süzülür və soyuducuya qoyulur.

 Sirop da, limonat da soyuduqdan sonra hər ikisi birləşdirilir.  Limonad hazırdır, buzla servis edə, 4-5 gün soyuducuda saxlaya bilərsiz.

Nuş olsun :)

Yorumlar

Popüler Yayınlar