Kartoflu və pendirli kökələr


İmsaqda yeyilə biləcək ən doyumlu yemək-Kökə. Həm də tərəvəzli.

Xəmir üçün bizə nə lazımdır.. 
maya
150 qr kərə yağı
1 yumurta
2 stəkan un
2 stəkan qatıq
duz


Ərzaqlar otaq tempraturunda olmalıdır. Xüsusilə kərə yağı. Öncə maya isladılır. Su və şəkər ilə. Daha sonra xəmir yoğrulur.


Xəmir 1-2 saat əgər çox tələsmirsinizsə, 4 saat mayalanmalıdır. Bu vaxta qədər içliyi hazırlayaq.

 Kartoflu içlik üçün:
3 qaynadılmış kartof
3 dilim sarı pendir
sarımsaq tozu (təbii də olar)
Pul bibər

Pendirli içlik üçün:
100 qr ağ, yumşaq pendir



Xəmir mayalandıqdan sonra, kökələri hazırlaya bilərik. Əllər yağlanır. Xəmirdən bir kündə alınıb, dairəvi şəkildə açılır, içlik qoyulur və istənilən formada bükülür.



Üstü yumurtalanır, zövqə görə çörəkotu, susam sərpilir.


180 dərəcədə üstü qızarana qədər sobada bişirin.

Nuş olsun! :)




Yorumlar

Popüler Yayınlar