Pizza Rolls :)



Fərqli bir pizza növü. İçi sizə qalmış, amma xəmiri bizə :)


2 stəkan un
1 stəkan süd
1 yemək qaşığı şəkər kirşanı
duz
150 qr kərə yağı
maya


Xəmir yoğrulur, 1 saat mayalanmağa buraxılır.


İçi isə klassik ərzaqlar. Pomidor, holland pendiri, bibər və sous. (əlavələr edə bilərsiz)



Xəmir açılır, sous yayılır və pendir rəndələnir.


Pizza ərzaqları əlavə olunur .





Xəmir rulet şəklində bükülür, sonra kəsilir. Qaba düzülür. Üzərinə parmesan rəndələnir.


180 dərəcə, 30-35 dəqiqə bişirilir.



Nuş olsun :)

Yorumlar

Popüler Yayınlar