Portağallı peçenyelər
Portağalla ağ şokoladın birləşməsi. Ləzzətli bir görünüş..
Bizə nə lazımdır..
170 qr kərə yağı (yumşaq, otaq tempraturunda)
1 yumurta
133 qr əsmər şəkər
10 qr vanil
250 qr un
1 çay qaşığı darçın
1 çimdik duz
1 portağalın rəndəsi
30 qr portağal şirəsi ( 2 yemək qaşığı)
60 qr qoz ( 1/2 stəkan)
Xəmiri bulamaq üçün 1 stəkan şəkər
peçenyeləri dekor etmək üçün 200 qr ağ şokolad
Kərə yağı, şəkər, yumurta mikserlə krem qıvamına gələnə qədər çırpılır.
Sonra un, darçın, vanili əlavə edin.
Xəmir iki hissəyə bölünür.Streçə bükülüb, 30 dəqiqə soyuducuda saxlanılır.
Şəkildəki kimi kəsilir.
Şəkərə bulayırıq.
Listə düzülür. 170 dərəcədə 10-12 dəqiqə bişirin.
Bişdikdən sonra soyumağa qoyun.
Ağ şokolada batırıb, portağal rəndələrini üzərinə səpirik.
Soyuducuda dondurub, servis edə bilərsiz. Mənim resseptimdən 44 ədəd çıxdı. Bu peçenyeləri 4-5 gün saxlaya bilərsiz, xəmiri də həmçinin.
Nuş olsun! :)
Yorumlar
Yorum Gönder
zgulare@gmail.com