Sezar salatı
Bir restoranda Sezar salatını sifariş verəndə, yemək bitdikdə adətən bu cümlə deyilir. "Bu boyda imperator olasan, adını salata versinlər" :))
Salatın dadı qədər, maraqlı hekayəsi də. Beləki təsadüf nəticəsində yaranan bu təam tezliklə bütün dünyada məşhurlaşır. Keçək hekayəyə :)
Salat adını bildiyimiz kimi Roma imperatoru Julior Ceasar'dan yox məşhur italyan aşpaz Ceasar Cardini'dən alıb. Ceaser Cardini I dünya müharibəsinə görə ailəsiylə birgə Amerikaya köçür. Burada restoran işlədir. Salat haqqında bir çox rəvayətlər var. Bunlardan biri budur:
Hotel Casesar’s Palace’ın sahibi və aşpazı olan Caesar Cardini, 1924 ilinin 4 iyulunda (Amerika’nın müstəqillik günü) yenə çox müştəri olduğundan ərzaqların çoxu tükənir.Caesar Cardini isə ətrafındaki ərzaqlardan bir salat edər. Adı da "Caesar Salad" olur. Çox bəyənilər və məşhurlaşar. Salatın indiyənə qədər gəlmiş halı orginalı deyilmiş təəssüf ki. Belə ki, salatı əvvəllər Cardini kahının içinə ərzaqları qoyub, servis edirdi. Yəni salat çəngəllə yox əllə yeyilirdi :/
Mənbə: Yemek.com
Salatı edərkən ilk öncə sousu hazırlayırıq. Sezar sousu üçün: 1/2 stəkan zeytun yağı
2 diş sarımsaq
1 çay qaşığı dijon xardalı
1/2 limon suyu
yarım çay qaşığı worcestershire sous ( balzamik sirkə də olar)
80 qr mayonez
ərzaqlar qarışdırılır. Axıcı sous alınır.
Sous dinlənməyə qoyulur və salatın ərzaqlarına göz gəzdirək..
400 qr toyuq file
5 cerri pomidor
1 ədəd kahı (dəstə)
25 qr parmesan pendiri
suxari ( 3 ədəd tost çörəyindən edilib)
İlk öncə kahı souslanır. Sonra bütün ərzaqlar bir-bir əlavə olunur. Toyuq uzun-uzun doğranılır, pomidorlar 2-yə bölünür, parmesanın bir hissəsi uzun, qalanları rəndələnir. Sonda sous əlavə edilərək qarışdırılır.
Salat hazırdır. Nuş olsun !

Yorumlar
Yorum Gönder
zgulare@gmail.com