Hellim pendirli salat


Yüngül, meyvəli və çox məşhur bir pendir növü ilə salat hazırladım. Salat reseptindən öncə, hellim pendiri nədir, hardan gəlib mətbəximizə deyə məlumat vermək istəyirəm..

 Hellim pendiri Kipr mətbəxinə aiddir. Adi bəyaz pendir kimi görünsə də, yüngül sərtliyi və rezin kimi olması onu digər pendirlərdən ayırır. Yağsız tavada qızarmaq olur. Pendirin digər pendirlərdən fərqi də odur ki, hellimi qızartdıqca ərimir əksinə bərkiyir. Ən çox Türkiyənin cənub bölgələrində, Orta Şərqdə çox istifadə olunur. Ən çox salatlarda istifadə olunur. Biz də bu salatlardan birini etdik :)

 250 qr hellim pendiri (marketlərdə asanlıqla tapılmır)
2 yemək qaşığı qoz
1 dəstə turşəng
1 qırmızı soğan
4 pomidor
5-6 sap gilas
Sous üçün:
yarım limon suyu
1 çay qaşığı balzamik sirkə (alma sirkəsi də olar(
1 yemək qaşığı zeytun yağı
1 çay qaşığı şəkər kirşanı
1 çay qaşığı duz

 Ərzaqları zövqə görə doğrayıb, salatı hazırlayırıq.
 Sousu da ayrı bir qabda hazırlayırıq. Limon sıxılır, yağ, sirkə əlavə olunur. Ardınca duz, şəkər qoyularaq, qarışdırılır.
 Sous salata əlavə olunaraq, qarışdırılır.


 Pendirlər tosterdə qızardılır.

  salatın üstünə düzülür..
 Nuş olsun! 

Mənbə: www.yemek.com

Yorumlar

Popüler Yayınlar