kokoslu güllər


Şərbətli desertlə qarşınızdayam.  Çox asan olan bir desert hazırladım. Ramazan bayramına özəl hazırlamışdım, amma resepti yazmaq indiyə qismət oldu. Keçək reseptə...

 1 stəkan kokos qırıntıları  (fresh də istifadə edə bilərsiz)
150vqr kərə yağı (otaq tempraturunda)
10 qr qabartma tozu ( 1 paket)
2 stəkan un
50 qr fındıq (üyüdülmüş)
50 qr qoz (üyüdülmüş)
2 yumurta



Ərzaqlarla xəmir yoğrulur. Dağılan, çətin yayılan xəmir alınacaqdır. (qorxmayın -_-)
Daha sonra gül qəlibi ilə xəmiri kəsin.


Ortasını da krem torbası ucu ya da butulka qapağı ilə kəsin.

 180 dərəcə üstü qızarana qədər (təxmini 20-25 dəq) sobada bişirilir.
İstəyə görə parlaqlıq verilsin deyə, yumurta sarısı çəkə bilərsiz. Amma şərbətli şirni olduğuna görə zatən parıldayacaqdır :)



Hazır olduqda, soyuduqdan sonra üzərinə şərbət əlavə olunur. 


Gülün ortalarını kokosla və ya fıstıqla bəzəyə bilərsiniz. 


Nuş olsun! 

Yorumlar

Popüler Yayınlar