Pancake



Səhər yeməklərinin gözdəsinə çevrilən pancake əslində krepdən o qədər də fərqlənmir. Sadəcə görünüşünə və qalınlığına görə aralarında fərq var. Amma biz pancake'i daha çox sevirik nədənsə :) Pancake bizə yeni bir kəşf kimi görünsə də  tarixi həm çox qədim, həm də maraqlıdır.


 Tarixdə ilk dəfə Yunan mətbəxində kəşf olunmuş, tava keksi mənasını verir. Buradan da bir pik nöqtəsi verilir ki, pancake sadəcə tavada bişirildikdə ləzzətli ola bilər :)

Daha sonra dünyanın bütün nöqtələrinə yayılaraq, məşhurlaşmışdır.  Balla, Maple Syrup (ağcaqayın siropu), nutella ilə yeyilir. Sadə və asan bir resepti var..



 1 stəkan süd
2 stəkan un
1 paket qabartma tozu (10 gr)
2 yumurta
1 çay qaşığı duz
yarım stəkan şəkər


Mikserlə heçbir topaqlama qalmadan yaxşıca qarışdırılır.


Krep tavası azca yağlanır və yumru-yumru xəmir əlavə olunur. Şəkildə gördüyünüz kimi qabarcıqlar yarandıqda, dərhal çevrilir.


İstəsəniz böyük, istəsəniz kiçik pancake'lər edə bilərsiniz.



şokolad və ya balla servis edə bilərsiniz. Nuş olsun! :)

Yorumlar

Popüler Yayınlar