Vegetarian köftə


Həm sağlıqlı, həm vegetarian bir yemək. Yayda ət yemək həm zərərli, həm də bir o qədər məsləhətli deyil. Daha yüngül bir yemək axtarırsınızsa, bu resept tam sizə görədir. Keçək reseptə..


2 stəkan yumru bulgur 
1 stəkan qaynar su (bulgur üçün)
3 suda bişmiş kartof
yarım soğan 
1 çay qaşığı duz
1 çay qaşığı sarımsaq tozu (1 diş diri də olar)
1 çay qaşığı pul bibər
1 çay qaşığı pomidor əzməsi
5-6 sap cəfəri
1 stəkan un


Bulgurun üzərinə isti suyu əlavə edib, 10-15 dəqiqə dinləndiririk.

 Bulqurlar hazır olduqdan sonra, kartofları əzirik. Daha sonra bütün ərzaqları əlavə edirik. Sonda cəfərini xırda-xırda doğrayıb, qarışıma əlavə edirik. Xəmir kimi yoğururuq.


Küftə şəklində dairəvi toplar edirik. 15-20 dəqiqə soyuducuda dinləndiririk. 



 Qızğın yağda qızardırıq. Kağız dəsmalın üzərinə düzüb, yağını çəkməsini gözləyirik. Limonla, mövsümə uyğun narla servis edə bilərsiz..



Nuş olsun! :)

Yorumlar

Popüler Yayınlar