Yay ruleti :)


Nağıl tortu dadında, şokoladlı, meyvəli əsl yay deserti ilə maraqlı bir reseptlə qarşınızdayam :)

Xəmir üçün:
2 stəkan un
1 yemək qaşığı kakao
1 paket qabartma tozu (10 qr)
1 paket vanil (10 qr)
2 yumurta
300 ml qatılaşdırılmış süd (1 banka)




İlk öncə yumurta və qatılaşdırılmış süd çalınır. Ayrı bir qabda quru ərzaqlar (un,kakao,vanil,qabartma tozu) qarışdırılır. Qarışımlar birləşdirilir. Biskvit yağlı kağız sərilmiş listə yayılır.180 dərəcə 15 dəqiqə bişirilir.


Krem etmək üçün:
1 paket kəsmik (təxmini 200 qr)
400 qr qaymaq
1 paket vanil (10 qr)
yarım stəkan şəkər
yarım stəkan çiyələk və ya istənilən meyvə :)
 p.s Krem ərzaqları soyuq olmalıdır!

Krem ərzaqları 10-15 dəqiqə mikserlə çalınır. Krem hazır olduqdan sonra, 1 saat soyuducuda dondurulmalıdır.



Biskvit də, krem də hazır olduqdan sonra bu iki ləzzəti birləşdiririk.

 Biskvitin üzərinə kremi yayırıq..

 Aralarına yayın ləzzətli meyvələrini düzürük..



Və bükürük.. Üzərinə şokoladı əridib əlavə edirik. 1saat dondurucuda qaldıqdan sonra, servis edə bilərsiz..

 Nuş olsun!

Yorumlar

Popüler Yayınlar