alma dilimli kartof və "KFC" toyuqları

 Nahara maraqlı bir resept. Alma dilimli kartof və "KFC" toyuqları. Özümüzü biraz şımardaq :)







Bizə lazımdır...
4 kartof
3 file toyuq
1 yumurta
2 stəkan suxari
zeytun yağı
istənilən ədviyyat ( kəklikotu, duz, istiot, pul bibər, hil)


Kartoflar soyulur, yuyulur və yaxçıca qurulanır. Şəkildəki formada kəsilir. Yağlanır, ədviyyatlanır və qarışdırılır.

 Listə aralı şəkildə düzülür. 200 dərəcədə 40-45 dəqiqədə bişirilir.



Toyuqlar doğranılır, marine edilir. 

 Əvvəl yumurtaya, sonra suxariyə batırılaraq qızğın yağda qızardılır.

 Nuş olsun :)

Yorumlar

Popüler Yayınlar