cinnamon çörək
Cinnamon roll'un çörək variantı :)
400 qr un
2 yemək qaşığı şəkər
yarım çay qaşığı duz
2 yumurta
1 yemək qaşığı quru maya + 2 yemək qaşığı ilıq su+ 1 çay qaşığı şəkər (təxmini 20 qr maya )
4 yemək qaşığı əridilmiş kərə yağı (50 qr)
1 stəkan süd (250 ml)
Maya isladılır. Şişməyə buraxılır. Şəkər, duz, un qarışdırılır. Ardınca yumurta, süd, yağ əlavə olunur. Sonda şişmiş maya da qoyularaq xəmir yoğrulur. 3 saat dinləndirilir və mayalanmağa buraxılır.
Biz də bu arada içliyi hazırlayaq. İçlik üçün:
70 qr kərə yağı (5 yemək qaşığı)
2 yemək qaşığı darçın
yarım stəkan şəkər (100 qr)
Bütün ərzaqlar qarışdırılır. Qatı, şəkildəki kimi içlik olmalıdır.
Xəmir mayalandıqdan sonra, hazırlamağa başlayırıq.
Xəmir yayılır. İçlik xəmirə çəkilir. Və üstü xəmirlə örtülür.
Və u formada hazırlanır. İlk öncə xəmirin ortasına kiçik bir stəkan ya da kasa yerləşdirilir. İlk öncə 4 hissəyə, daha sonra o 4 hissə də 2 yerə bölünür. Sonra o 2 hissə də 2 hissəyə bölünür. Şəkildəki kimi bükülür.
180 dərəcədə 20-25 dəqiqə sobada bişirilir.
Nuş olsun!





Yorumlar
Yorum Gönder
zgulare@gmail.com