Şokoladlı pancake


Pancake amma bu dəfə şokoladlı..

   1 stəkan süd (250 ml)
  1 stəkan un (250 gr)
  1 yemək qaşığı şəkər kirşanı (pudra)
  1/2 yemək qaşığı qabartma tozu
 1 çimdik duz
1 yumurta
2 yemək qaşığı əridilmiş kərə yağı
300 gr nutella

 İlk öncə nutellalar yağlı kağıza çəkilir. 2 saat dondurulur.


Xəmir belə mikserdə çalınır.


Tava azca yağlanır.


Tavaya bir qaşıq xəmir tökülür və şokolad hissəsi də içinə qoyulur.

 Üstü xəmirlə biraz örtülür.

 Çevirə-çevirə bişirilir.



Nuş olsun :)

Yorumlar

Popüler Yayınlar