vişnəli keks



Çox yüngül və əsl yay desertidir. Çiyələkli keksləri xoşluyanlar, bundan sonra yayda çiyələk əvəzi gilasdan mütləq istifadə edəcəklər :)

Bizə nələr lazımdır ?




1/2 stəkan un (125 gr)
2 yumurta
1/4 stəkan şəkər (60 gr)
300 gr kəsmik (tam yağlı)
1 çay qaşığı vanilin
100 gr əridilmiş kərə yağı
1/2 çay qaşığı duz
2 çay qaşığı qabartma tozu
1 stəkan tumu çıxardılmış vişnə



İlk öncə qabartma tozu, duz, un, şəkər,vanil qarışdırılır. Ayrı bir qabda yumurta, kəsmik, yağ qarışdırılır. Qarışımlar birləşdirilir.



Ən sonda vişnələri xəmirə əlavə edirək, spatula ilə yavaşca qarışdırırıq.



Üzərinə vişnələri düzdükdən sonra (istəyə görə) 175 dərəcəlik sobada 50-60 dəqiqə bişiririk.



Soyuduqdan sonra servis edə bilərsiniz .


 Nuş olsun! :) 

 Resept: Saturdaymenu.com 

Yorumlar

Popüler Yayınlar