Mozaik keks


Keks deyəndə insanın ağlına mozaik keks gəlir.Təbii hamı mozaik keksi bacarır amma bu kekslərin çoxunun biz pik nöqtələrini bilmirik. Bu pik nöqtələri sizinlə paylaşaraq, mozaik keksin ən qüsursuzunu edək..


1/2 st. kərə yağı (125 qr)
1 st. un (250 qr)
2 ç.q. qabartma tozu (10 qr)
1 çimdik duz
1 st. az şəkər ( 200 qr)
3 yumurta
1 ç.q. vanil (5 qr)
1/2 st. az süd (100 ml) -(süd əvəzinə kefir və ya ayran da ola bilər)
1/3 st. ağ şokolad (80 qr)
1/3 st. az südlü şokolad (80 qr)



İlk öncə şokoladlar ayrı-ayrılıqda benmari üsulu əridilir.



Xəmir mikserlə çalınır.


Xəmir iki hissəyə bölünür. Birinə ağ şokolad, birinə isə o biri şokolad əlavə olunaraq qarışdırılır.




Sırayla ağ xəmir, qara xəmir qəlibə əlavə olunur.



Çöplə bir-neçə dəfə səkkiz çəkin. 180 dərəcədə 50 dəqiqə bişirin.



İndi gələk bu keksin əsas pik nöqtəsinə.. 
Keksin qabar-qabar qabarmasını istirsizsə, bütün ərzaqlar otaq tempraturunda olmalıdır. Sonra isə, keksin üzərinə 8 çəkərkən, bunu çox təkrarlamayın! 


Nuş olsun :)


Yorumlar

Popüler Yayınlar