kartof boxçası


Kartofları fərqli formada bişirmək istəyirsinizsə, ən gözəl seçim budur. Başlayaq :)


 3 kartof
1 soğan
1 bibər
200 qr.holland pendir
İstənilən  ədviyyat





Kartoflar suda bişirilir. İçlikləri boşaldılır.






Soğan və bibər yağda qızardılır.



Kartoflar püre halına gətirilir. Soğan, bibər və ədviyyatlar da əlavə olunaraq, qarışdırılır.



Holland pendiri rəndələnir.


 Kartofların üzərinə əlavə olunur. Sobada 180 dərəcədə 7-8 dəqiqə bişirilir.


Nuş olsun :)

Yorumlar

Popüler Yayınlar